NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sabahın hava proqnozu

Oxundu: 463
Sabahın hava proqnozu

İslaminSesi bildirir ki, İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

Hava nın temperaturu gecə  20-23° isti, gündüz  30-35° isti, Bakıda  gecə  21-23° isti, gündüz  32-34° isti olacaq.

 

 

Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava  yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Hava nın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda  gecə  11-16° isti, gündüz  20-25° isti təşkil edəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system