NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 46
Sabaha olan hava PROQNOZU

Sabaha olan hava PROQNOZU

Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Cənub-şərq küləyi əsəcək.

 

İslamınSəsi APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti olacağı gözlənilir.

 

Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan yüksək 767  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət   70-80 % olacaq. 

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system