NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 243
Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

"İslaminSesi.info" bildirir ki, “Report”un xəbərinə görə, “Bulvar Otel”də keçiriləcək konfransda iştirak edəcək 116 nümayəndə seçilib.

Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcəklər.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system