NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sabah da 40 dərəcə isti olacaq

Oxundu: 159
Sabah da 40 dərəcə isti olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında  gecə 21-26, gündüz  30-35, Bakıda gecə 23-25, gündüz  32-34 dərəcə isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət  gecə 50-60, gündüz 30-35 faiz olacaq. 

 

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system