NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sabah 80 514 şagird məzun olacaq

Oxundu: 277
Sabah 80 514 şagird məzun olacaq

Sabah Azərbaycanın orta məktəblərində “Son zəng” qeyd olunacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.

 

Həmçinin yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.
Sabahkı tədbirlə bağlı olaraq Lent.az -a danışan Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı bildirib ki, iyunun 14-də qurum həmişəki qaydada işləyəcək:

 

“Bulvarda həmişə hər şeyə nəzarət olunur. Sabah isə Dənizkənarı Bulvar İdarəsi üzərinə düşən işin öhdəsindən gəlmək üçün maksimum çalışacaq”.

 

Xatırladaq ki, sabah Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və rayon Dövlət Yol Polisi şöbələri "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq.

 

Bununla bağlı Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az -a bildirib ki, təsdiq olunmuş plana əsasən, yol polisi tərəfindən bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vuraraq, məzunlara və onların valideynlərinə xəbərdarlıq olunub:

 

"Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.


Bakı şəhərindəki orta məktəblərin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub”.

 

Əlavə edək ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

 

Həmçinin 2019-2020-ci tədris ili üçün paytaxtın ümumtəhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system