NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Oxundu: 198
Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan  verilən məlumata görə, Saatlı rayon Qarayevkənd kənd sakini Ramil Əzizov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 80 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

 

Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Orta Muğan kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynzadə saxlanılıb.

 

Dindirilmə zamanı H.Hüseynzadə törətdiyi cinayət əməlini etiraf edib. Aparılan araşdırmalar zamanı onun digər oğurluq əməlində də iştirakının olduğu məlum olub. Belə ki, onun ötən il dekabr ayının 30-da başqa bir mənzildən ümumi dəyəri 2070 manat olan qızıl-ziynət və məişət əşyalarını oğurladığı məlum olub. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system