NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Saakaşvilinin Kiyevdə tutularaq saxlanması videoyazısı yayımlanıb

Oxundu: 612
"

Dünən Ukraynadan Polşaya ekstradisiya edilən Mixail Saakaşvili çərşənbə axşamına keçən gecə özünün Kiyevdə tutulması videosunu yayımlayıb.

O, Ukraynada "Yeni Qüvvələrin Ruhu" partiyasının lideridir və islahatların aparılmalı olduğu tələbi ilə çıxış edir, ölkə prezidenti Pyotr Poroşenkonu istefaya çağırırdı.

 

Kadrlarda görünür ki, Saakaşvilinin olduğu restoranın videomüşahidə kameralarında görünür ki, müəssisəyə on beş nəfər kamuflyaj geyimli adam qaçaraq daxil olur (Ukrayna hakimiyyəti sonra bildirib ki, bunlar Milli polis və Miqrasiya xidməti, Dövlət Sərhəd Xidmətinin nümayəndələri idi), siyasətçini yerə sərir və bundan sonra onu zorla küçəyə çıxarırlar.

 

Saakaşvili hadisə ilə bağlı öz Facebook-unda döyüldüyünü, göz və ağzının bağlandığını, aparıldığı hava limanı yolu boyu avtobusda və vertolyotda üzü döşəməyə saxlandığını və silahla hədələndiyini yazıb. Siyasətçi başına gətirilənləri oğurluq adlandırır. 

 

Qeyd edək ki, Saakaşvili bazar ertəsi axşam Ukrayna ərazisindən ilə Polşaya çıxarılıb. Ukrayna hakimiyyət orqanları onun ölkəyə ötən ilin sentyabrında qeyri-qanuni şəkildə daxil olduğunu bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system