NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Saakaşvili iş adamının qətlini sifariş verməkdə ittiham olundu

Oxundu: 145
Saakaşvili iş adamının qətlini sifariş verməkdə ittiham olundu

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilini müxalifətçi iş adamı Badri Patarkatsişvilinin qətlini sifariş verməkdə ittiham edir.

İslaminSesi - Gürcüstan KİV-lərinin vrdiyi məlumatlara əsasən, hadisə icraçılarından birinin evində axtarış zamanı iş adamının qətlə yetirilməsinin müzakirə olunduğu barədə audiosəs yazısı tapılıb.

 

“Söhbət zamanı Q.D. (qətlin icraçısı) qətlin Saakaşvili tərəfindən sifariş edildiyini təsdiqləyib”-deyə rəsmi açıqlamada deyilir.

 

2008-ci ildə Londonda öldürülən Patarkatsişvilinin Saakaşviliyə ciddi rəqib və hökumətə qarşı düşmən obrazında göründüyü bildirilir. Səs yazısında iş adamının müxtəlif üsullarla – o cümlədən zəhərlənərək, aradan götürülməsi gözdən keçirilir.

(Modern.az )

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system