Saakaşvili gürcü polisləri hədələdi: Bu gündən etibarən...

Oxundu: 69
Saakaşvili gürcü polisləri hədələdi: Bu gündən etibarən...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkədə baş verən son təlatümlərlə bağlı yeni müraciətini yayınlayıb.

İslaminSesi xarici agentliklərə istinadən xəbər verir ki, eks-prezident “daha çox Bidzina İvanişvilinin iradəsini həyata keçirərək xalqa zorakılıq tətbiq edən” polisləri hədələyib.


Mixail Saakaşvili hakim “Gürcü arzusu” partiyasının fəal üzvlərinin onun Kutaisidəki ofisi qarşısında aksiya keçrimələrinə, təşkilatın qapısını qıfıllamaqlarına və tərəfdarlarına hücum çəkmələrinə də hiddətini ifadə edib.


Gürcü müxalifətçi müxalifətə qarşı xüsusi canfəşanlıq nümayiş etdirən polisləri də məhkəməyə verəcəklərini söyləyib.


“Bu gündən etibarən televiziyalardakı kadrlardan istifadə edərək insanları qəddarlıqla döyən, qeyri-adekvat güc tətbiq edən, şaxtalı havada onları su ilə dağıdan və nümayişçilərə güllə atan polislərin adları və soyadlarını götürərək onlar barəsində iddia əriziləri qaldıracağıq. Bunun üçün xüsusi hüquqşünaslar qrupu da yaratmışıq. Mən buradan polislərə xəbərdar edirəm-hamınız sərt şəkildə cəzalandırılacaqsınız. Artıq bayramınız bitdi”,-deyə o qeyd edib.


Mixail Saakaşvilin fikrincə, Bidzina İvanişvili getdikcə öz hərəkətləri ilə Acarıstanın keçmiş rəhbəri Aslan Abaşidzeyə bənzəməyə başlayıb. O, da vaxtilə opponentlərinə qarşı eyni üsullardan istifadə etmiş, daha sonra isə qaçmağa məcbur qalmışdı./Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system