NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

S-500 raket kompleksinin istehsalı yekunlaşmaq üzrədir - VİDEO

Oxundu: 284
S-500 raket kompleksinin istehsalı yekunlaşmaq üzrədir - VİDEO

"Prometey" S-500 zenit raket sisteminin və bir sıra perspektivli radiolokasiya stansiyalarının hazırlaması tamamlanmaq üzrədir.

İslaminSesi-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Rusiya Hava Hücumundan Müdafiə ordusunun komandiri general Yuri Qrexov "Krasnaya zvezda" qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə əsasən, yaxın vaxtda qoşunlara orta uzaqlıqlı "Vityaz" S-350 zenit-raket kompleksinin (ZRK) daxil olacağı gözlənilir.

 

"O, inzibati-siyasi mərkəzləri, ölkənin ən mühüm obyekt və ərazilərini, qoşun qruplaşmalarını düşmənin hava hücumu vasitələrindən, həmçinin taktik və operativ-taktik ballistik raketlərdən qorumaq üçün nəzərdə tutulub. Hazırda bu kompleksin dövlət sınaqları müvəffəqiyyətlə başa çatdırılıb", — deyə Qrexov qeyd edib.

 

Əldə olunan məlumata əsasən, "Prometey" S-500-lər 600 kilometr zərbə radiusuyla fərqlənir, eyni zamanda saniyədə yeddi kilometrə qədər sürətlə hərəkət edən onadək ballistik hədəfi aşkar edib məhv etmək qabiliyyətinə malikdir və hipersəs sürətindədə olan döyüş bloklarını yaxalaya bilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system