SİYASƏT

Oxundu: 2709
Rza Zərrabın məhkəmədə şok açıqlamaları və ABŞ- ın Ankarada saxlanılan sirli məhkumu

Rza Zərrabın məhkəmədə şok açıqlamaları və ABŞ- ın Ankarada saxlanılan sirli məhkumu

"Türkiyədə Amerikanın istədiyi bir məhkum var. Onun kim olması açıqlanmır, amma Ankara 2016-cı ildə olmuş çevrilişdən bəri Amerikanı sıxışdırır."

 

İran və Türkiyə vətəndaşı Rza Zərrabın şahid olduğu "İrana tətbiq edilmiş embarqonun xaricdən dəlinməsi" məhkəmə prossesi ABŞ mətbuatında ciddi şəkildə işıqlandırılır. İslaminSesi bildirir ki, New York Times ve Daily Beast agentlikləri də daxil olmaqla bir çox nəşrlərin müxbirləri birbaşa məhkəmə salonuna gəlmişdilər. Müxbirlər prossesi Tvitterdə canlı paylaşdılar.

 

New York Times bu barədə belə yazır: "Həbsxana paltarları içində  prossesdə çıxış edən bir şəxs ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozan 1 milyard dollarlıq planın bir parçası olaraq Türkiyənin iqtisadiyyat nazirinə necə rüşvət verdiyini söylədi. Zərrab bu ifadəni verərkən prokuror niyə bu etirafı etdiyini ondan soruşdu. Onun cavabi isə praqmatik idi: "Bu həbsxanadan daha tez çıxmağın yeganə yoludur." Rza Zərrab şahid olaraq iştirak etdiyi məhkəmə prossesində sabiq nazir Çağlayana 1 milyon dolar rüşvət verdiyini söylədi və hakimlərə həmin ödənişlərin sənədlərini təqdim etdi."

ABD'de tutuklu bulunan eski Halkbank Genel Müdür Yardımcısı Mehmet Hakan Atilla da duruşma salonundaydı.

Hazırda Xalq bankın baş direktoru köməkçisi Atilla ABŞ-da həbsdədir və prossesə o da gətirilib. 

 

Daha sonra məqalədə Rza Zərrabın Amerika Federal İstintaq İdarəsinin nəzarətində naməlum bir yerdə saxlandığı deyilir. "Zərrab Xalq bankın baş direktoru köməkçisi Atilla və sabiq nazir Çağlayan da daxil olmaqla 7 nəfəri də ehtiva edən bu prosses Türkiyədə siyasi mühiti silkələyib. Ərdoğan bu istintaqı tənqid edərək onları prossesi dayandırmağa razı salmaq istədi.

 

Adətən saqqallı görməyə vərdiş etdiyimiz Zərrab çox gözəl geyinmişdi və üzünü qırxmışdı. Suallara prokurorun düz gözlərinə baxaraq təmkinlə cavab verirdi. Prossesdə Zərrabdan xahiş edildi ki, pulların necə transfer olunmasını rəsmlə anlatsın. O da bunu yerinə yetirib.

Para transferini anlatan şema

 

Qeyd edək ki, Zərrabın şahid kimi məhkəməyə çıxarılması nə TRT, nə də AA agentliyi tərəfindən işıqlandırılmayıb. Buna baxmayaraq Tvitter sosial şəbəkəsində Çağlayanın adı ən çox çəkilənlər arasında olub.

Lakin məsələnin bir qaranlıq tərəfi də məhkumların dəyişdirilməsi məsələsidir. Həm Washington Post, həm də NBC və Daily Beast bu nöqtəyə fokuslanıblar. Zərrab azad olunmaq və ən azından Türkiyəyə ekstradisiya üçün  olunmaq iki məşhur vəkil - sabiq Nyu York bələdiyyə rəhbəri Rudi Culiani və sabiq ədliyyə naziri Mikael Mukaseyi tutsa da onların bu cəhdləri uğursuz alınıb.

Zarrab'ın avukatlarından olan eski New York Belediye Başkanı Rudy Giuliani aynı zamanda ABD BAşkanı Donald Trump'ın da eski bir dostu.

Sabiq Nyu York bələdiyyə rəhbəri Rudi Culiani həm də Trampın köhnə dostlarındandır. 

 

NBC əslində məğbləgin çox olduğunu iddia edir. Qəzet  məbləğin 1 milyon deyil, 60 milyon dollar olduğunu yazır.

Daily Beast isə bayaq bəhs etdiyimiz məhkumların dəyişdirilməsinə daha çox fokuslanıb. Agentlik yazır ki, Türkiyədə Amerikanın istədiyi bir məhkum var. Onun kim olması açıqlanmır, amma Ankara 2016-cı ildə olmuş çevrilişdən bəri Amerikanı sıxışdırır.

Ülviyyə Tahir

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system