Rusiyanın yeni baş nazirinin ana tərəfdən erməni olması haqda informasiya yayıldı...

Oxundu: 132
Rusiyanın yeni baş nazirinin ana tərəfdən erməni olması haqda informasiya yayıldı...

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Federal Vergi Xidmətinin rəhbəri vəzifəsini tutan Mixail Mişustinin yeni baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Bu gün Dumada həmin məsələ müzakirə olunur. Və sözsüz ki, mövcud Rusiya gerçəkliyi baxımından artıq Mişustini yeni hökumət başçısı hesab etmək olar...

İslaminSesi xəbər verir ki, Rusiya və Ermənistan saytlarının verdiyi məlumata görə, Mixail Mişustinin işğalçı ölkə ilə yaxın əlaqələri var və bəlkə də bu heç də təsadüf deyil. Bəzi erməni ekspertlərin fikrincə, Rusiyanın mümkün yeni baş naziri ana tərəfindən ermənidir.

 

"Mişustin ötən yay İrəvanda keçirilən “WSIT-2019” Ümumdünya İnformasiya Texnologiyaları Konqresində iştirak edib. Səfəri çərçivəsində o, məşhur “Ayb” məktəbində də olub.


Rusiyanın yeni hökumət başçısının yaxın dostlarından biri Mişustinin məzun olduqdan sonra işlədiyi Beynəlxalq Kompüter Klubunun yaradıcısı Levon Amdilyandır.


M.Mişustin peşəcə sistem mühəndisidir. Və ola bilsin ki, bu yüksək vəzifəli məmurun peşəkar bilikləri və onun Ermənistanla əlaqəsi iki ölkə arasında informasiya texnologiyaları sahəsindəki əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”- erməni nəşrləri belə yazır./Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system