Rusiyanın strateji bombardmançı təyyarələri ABŞ-a Arktikadan zərbə endirdilər

Oxundu: 4911
Rusiyanın strateji bombardmançı təyyarələri ABŞ-a Arktikadan zərbə endirdilər

Rusiyanın Tu-160 strateji bombardmançı təyyarələrinin ABŞ və Kanada sərhədlərində görünməsi Pentaqon üçün gözlənilməz olub.

İslaminSesi xarici avia.pro saytına istinadən xəbər verir ki, dünən səhər saatlarında Rusiyanın Tu-160 "Belıy lebed" strateji bombardmançı raketdaşıyan təyyarələri, ABŞ və Kanadanın hava hücumundan müdafiə sistemlərinin Arktikadakı görünmə zonasında, Şimali Amerika qütbündən Amerika Birləşmiş Ştatlarına qarşı nüvə zərbələrinə hazırlıq uçuşunu uğurla həyata keçirib. 

 

Məlumata görə, ABŞ və Kanada Hərbi Hava Qüvvələri Rusiya hava qüvvələrinin bu hərəkətlərinə reaksiya verməyə belə macal tapmayıblar. Bombardmançı təyyarələr yalnız Kanada sərhədlərindən uzaqlaşdıqları zaman qarşılıq verməyə cəhd göstərilib.


"Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) bildirdiyinə görə, nüvə raketləri daşıyan iki rus uzunmənzilli bombardmançı, cümə günü səhər Kanadanın hava məkanına nəzarət edib. NORAD-ın yüksək çinli zabitlərindən birinin açıqlamasında, baş vermiş bu hadisədən cəmi bir neçə gün əvvəl Şimali Amerika müdafiə sisteminin artıq köhnəldiyi haqda xəbərdarlıq edildiyi vurğulanır. Komandanlıq isə Tu-160 bombardmançılarının vurulması üçün döyüş təyyarələrinin göndərildiyini bildirir" - deyə "CTV News" xəbər verib.


Ekspertlər Rusiya Tu-160-nı vurmaq üçün döyüş təyyarələrinin göndərilməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system