Rusiyanın “qatil-peyki” məhv edilib: Çətin hədəfləri vuran görünməz düşmən kimdir?

Oxundu: 69
Rusiyanın “qatil-peyki” məhv edilib: Çətin hədəfləri vuran görünməz düşmən kimdir?

Rusiyanın “Kosmos-2491” adlı “qatil-peyki” məhv edilib.

İslaminSesi Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məşhur Amerika astronavtı Conatan Makdauel açıqlama yayıb. Qatil-peykin orbitdən çıxdığını bildirən astronavt, bunun ardınca dəhşətli partlayışın baş verdiyini, bununla da peykin “öldüyünü” bildirib.

 

Astronavtın sözlərinə görə, peykin vurulması ehtimalı ilə yanaşı, digər ehtimallar da mövcuddur. Belə ki, peykin kosmosdakı hər hansı yad cisimlə toquşması, mühərrik və ya batareyasındakı nasazlığın da partlama ilə nəticələnməsi mümkündür.


Astronavt peykin Rusiyanın özü tərəfindən məhv edilmə ehtimalının da mövcud olduğunu vurğulayıb. Amerikalı astronavtın sözlərinə görə, özü-özünü məhvetmə funksiyası Rusiya tərəfindən öncədən peyk proqramına daxil edilə bilərdi.


Bir sözlə, peykin məhvolma səbəbi dəqiq bəlli olmasa da, onun “yaşamadığı” şübhəsizdir. Mütəxəssislər isə hesab edir ki, Rusiyanın “qatil peyki” hansısa təsadüf və qəza nəticəsində deyil, kənar bir müdaxilə nəticəsində məhv edilibsə, bu, Rusiya üçün ciddi təhdid və təhlükədən xəbər verir. Çünki bu cür çətin hədəfləri vurmaq kifayət qədər müşküldür və kimsə bunu bacarıbsa, bu, Rusiya üçün böyük problemlərin sadəcə başlanğıcıdır./Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system