NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyanın Qarabağın işğalında iştirakına daha bir sübut –Erməni bloger Şuşada tapdı...- FOTO

Oxundu: 1175
Rusiyanın Qarabağın işğalında iştirakına daha bir sübut –Erməni bloger Şuşada tapdı...- FOTO

1988-ci ildən bəri keçmiş SSRİ və 1991-ci ilin sonundan bu yana Rusiya ordusu və “QRU”, “KQB” kimi xüsusi xidmət və kəşfiyyat qurumlarının Qarabağda erməni separatçılığının baş qaldırmasında və sonradan hərbi əməliyyatlarda ermənilərin üstünlük qazanaraq torpaqlarımızın daha 20 faizini işğal etməsindəki rolu haqda özümüz çox danışırıq, yazırıq.

 
Ancaq nə Rusiya dövləti özü bunu etiraf edir, nə də   beynəlxalq təşkilatlar və Qərb dövlətləri bu faktı ciddi şəkildə təsdiqləyirlər...
 
İslaminSesi  məhz Rusiya mediasına istinadla sözügedən faktı təsdiqləyən bir foto-görüntü əldə edib. Maraqlıdır ki, bu foto elə erməni bloger tərəfindən çəkilib. Bu, üzərinə rus dilində “Artsaxın azadlığı uğrunda vuruşmuş rus qardaşlarımıza. Eşq olsun. 1992-1994” yazılmış qəbir daşının görüntüsüdür. Həmin abidənin fotosunu Rusiyadan gəlib Ermənistandan Azərbaycan ərazisinə daxil olmaqla, Kəlbəcərin görməli yerlərindən keçməklə Şuşaya gələn erməni bloger tərəfindən çəkilib. Qəbir daşının üzərində İsa peyğəmbərin əksi də var...
 
Düzdür, Qarabağ savaşı zamanı Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri kimi işğalçılaraq qarşı gerçəkdən, ürəkdən savaşaraq həlak olmuş rus əsgər və zabitlər də olub. Eləcə də müəyyən uğurlu əməliyyatlarda əsasən pul, içki, qiymətli hədiyyə hesabına bəzi keçmiş  sovet komandirləri bizlərə də yardım ediblər.  Amma ermənilərə daha ciddi, Rusiya dövləti səviyyəsində dəstək verildiyindən onlar sonda torpaqlarımızı işğal edə biliblər və məhz buna görə də Şuşada gəbərən rus hərbçilərə abidə qoyublar... 
 
Moderator.az
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system