Rusiyanın Patriarxı Kirill Bakıya gəlir

Oxundu: 61
Rusiyanın Patriarxı Kirill Bakıya gəlir

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək.

 

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Patriarxı Kirillin səfərinin məqsədi Bakıda keçiriləcək Dünya Dini liderlərinin Sammitinin açılışında iştirakıdır.

 

Moskvanın və bütün Rusiyanın Patriarxının mətbuat xidmətindən bildirilib: “Noyabrın 14-də müqəddəs Patriarx Kirill Bakıya səfər edəcək və burada Dini Liderlərin II Bakı Sammitinin açılışında iştirak edəcək”.

 

Qeyd edək ki, Noyabrın 14-15-də Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system