Rusiyanın döyüş helikopterləri Suriyadakı ABŞ hərbçilərinin üzərinə şığıdı

Oxundu: 1015
Rusiyanın döyüş helikopterləri Suriyadakı ABŞ hərbçilərinin üzərinə şığıdı

Rusiyanın “Gecə ovçusu” adlanan Mi-28N hərbi helokopterləri Suriyadakı amerikalıların “beynini düzəltmək” üçün uçuş hərəkətləri edib.

ABŞ ordusunun Rusiya hərbi polisinə qarşı həddən artıq təcavüzkar hərəkətləri Rusiya Hərbi Hava Qüvvələri komandirlərini, Mi-28N “Gecə ovçusu” hücum helikopterlərini ABŞ ordusu ilə döyüşə göndərməyə məcbur edib.

 

İslaminsesi xarici avia.pro nəşrinə istinadən bildirir ki, Rusiya helikopterləri, ABŞ hərbi qüvvələrinin blok-postunun üzərindən uçub. Bu uçuş Suriya mənbələrinin dediyi kimi, "amerikalıların qaçmış beynini düzəltmək" məqsədi daşıyıb.


Mənbənin bildirdiyinə görə, hələlik yayımlanmayan videoda Rusiya helikopterlərindən birinin ABŞ hərbi keçid məntəqəsindən təxminən 20 kilometr məsafədəki Hasaka şəhəri üzərində necə uçduğunu görmək mümkün olub. Sonradan ABŞ mövqelərindən bir neçə kilometr məsafədə helikopterin uçuş anını əks etdirən fotoşəkillər də yayımlanıb.


İlkin məlumatlara görə, Mi-28N helikopterləri Rusiya hərbi konvoyu ilə birlikdə patrul missiyasını da həyata keçirəcək. Bu isə ABŞ hərbi qüvvələrinin yeni hücumları və təcavüzünə müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.


Qeyd edək ki, Suriyada Rusiya və Amerika hərbçiləri arasında birbaşa toqquşmalara dair çoxsaylı dəlillərin olduğuna baxmayaraq, bu haqda Rusiya Müdafiə Nazirliyi nümayəndələrinin rəsmi açıqlamaları yoxdur.

 

View image on Twitter

 

View image on Twitter

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system