NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyalı səyyah işğal altındakı Azıx mağarasında - FOTOLAR

Oxundu: 412
Rusiyalı səyyah işğal altındakı Azıx mağarasında - FOTOLAR

Rusiyalı səyyah və blogger Vitali Kuznetsov Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisinə gedərək, oradakı qədim Azıx mağarasında olub.

 

İslaminSesi Modern.az-a istinadən  xəbər verir ki, Dağlıq Qarabağa qanunsuz səfər edən Kuznetsov mağaradan şəkillər paylaşıb.

 
Xatırladaq ki, erməni işğalçıları zaman-zaman Azıx mağarasında qanunsuz tədqiqat işləri aparıblar. Hətta bu işlərə xaricdən olan alimlər də cəlb edilib. 

Elə bu səbəbdən də Azərbaycan Baş Prokurorluğu 2017-ci ildə erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə cinayət işi açıb.

 

Onlar təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpol-a müvafiq sorğu göndərilib.

 

2008-ci ildə Azərbaycan Mədəniyyət  Nazirliyi bəyan etmişdi ki, Azıx mağarasında qanunsuz tədqiqatlar “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyasına, UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

 

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı”ya daxil edib.

 

Azıx mağarası Xocavənd rayonunda Azıx kəndi yaxınlığında altı mağaradan ibarət kompleksdir.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system