NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyalı hərbi ekspertlər Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi haqda

Oxundu: 228
Rusiyalı hərbi ekspertlər Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi haqda

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhədin Qazax rayonundan keçən hissəsində sərhədçilərimizin yeni taktiki və strateji mövqelər tutduğunu, düşmənin aramsız atəşlərinə baxmayaraq bu mövqelərdə möhkəmləndiyini açıqlayıb. Bu haqda iki gün əvvəl KİV-lərdə yayılmış xəbərləri DSX-nin Aparat rəhbəri, general Elçin İbrahimov dünən jurnalistlərə təsdiqləyib.

 

Generalın bildirdiyinə görə bu mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki döyüş postlarına və postlara gedən yollarına daha yaxşı nəzarət etməyə imkan yaradıb.

 

E.İbrahimov detalları açıqlamasa da xəbərlərə görə DSX-nin “Qazax” diviziyasının bölmələri Babakər dağı istiqamətində irəliləyiblər və habelə Ermənistan ərazisində həmin istiqamətdən keçən əsas nəqliyyat arteriyalarına da nəzarət imkanı qazanıblar.

 

İslaminSesi Virtualaz.org-a istinadən  xəbər verir ki, “Kavkazskiy Uzel” portalı Azərbaycan sərhədçilərinin Qazax istiqamtində irəliləməsi ilə bağlı rusiyalı hərbi ekspertlərin rəylərini soruşub. Rusiyalı ekspertlər və hərbi şərhçilər belə hesab edirlər ki, bu addım Ermənistanı Qarabağa dair danışıqları bərpa etməyə meylləndirməyə hesablanıb, amma sərhəddə mövqelərin irəli çəkilməsi münaqişənin eskalasiyasına da gətirib çıxara bilər.

 

 “Qazax rayonunda toqquşmalar artıq baş verib, indiki manevrlər isə heç də yeni deyil”,-hərbi ekspert Pavel Felgenhauer deyib. Onun fikrincə, situasiya təhlükəlidir, münaqişə aktiv fazada olmasa da tüstülənməkdədir və hərbi əməliyyatlar tədricən Qarabağdan kənarda olan ərazilərə də yayılmaqdadır. Ekspert qeyd edir ki, yaxın zamanlarda münaqişənin eskalasiyasını gözləməyə dəyər. “Hazırda mənim mövqeyimə görə münaqişənin alovlanmasının qarşısını Rusiya alır”,-Felgenhauer deyib.

 

Ekspert deyir ki, prezident Əliyev hərbi uğurları nümayiş etdirməklə azərbaycanlıların patriotik əhval-ruhiyyəsindən ağılla istfadə edir. “Qarşıdurma illərində tərəflərin bir-birinə qarşı nifrəti artıb. Amma Azərbaycan tərəfdə bu nifrət daha amansız xarakter daşıyır”,-Felgenhauer belə deyib.

Rusiya zabitlərinin ekspert Şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev isə hesab edir ki, Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi Yerevanı Qarabağa dair real danışıqlara məcbur etməyə hesablanmış addımdır. “Azərbaycan ərazi mübahisəsinin olmadığı sahələrdə təhdid yaratmaqla Ermənistana təzyiq yolları tapmağa çalışır ki, onu güzəştə məcbur edə bilsin”,-Perenciyev bildirib.

 

Hərçənd rusiyalı hərbi ekspert deyəsən məlumatsızdır ki, Ermənistan ordusu həmin istiqamətdə də Azərbaycan ərazilərini -Qazaxın 6 kəndi hələ də işğal altında saxlayır.

 

Perenciyevə görə Yerevanın mövqeyi aydındır-o Qarabağı qaytarmayacaq və güzəştə getməyəcək. “Bununla bağlı olaraq Bakı nümayiş etdirir ki, Azərbaycan ərazilərini geri almağa qadirdir”,-o əlavə edib.

Perenciyev qeyd edib ki, Qazax istiqamətində baş verənlər gərginliyi artıracaq, amma eskalasiyaya gətirib çıxarmayacaq.

 

Digər rusiyalı hərbi ekspert Aleksandr Qolts isə fərqli düşünür, deyir ki, sərhədçilərin irəliləməsi münaqişənin ciddi eskalasiyası üçün bəhanə ola və hərbi qarşıdurmanın yeni mərhələsini başlada bilər.

 

“Əlbətdə, təhlükə var. Bu kvazimünaqişələr üçün xarakterikdir, hansı ki, tərəflərdən  biri hərbi manevrlər başlayır və bununla da məzənnəni qaldırır. Sonra digər tərəf onu sakitləşdirmək istəyir, buna müvəffəq olmursa gərginlik qaçılmaz şəkildə artır”,-Qolts deyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system