Rusiyalı hərbçilər Suriyada pilotsuz təyyarələrin hücumunu dəf edib - VİDEO

Oxundu: 65
Rusiyalı hərbçilər Suriyada pilotsuz təyyarələrin hücumunu dəf edib - VİDEO

Həm Suriya hökumət qüvvələrinin, həm də onları dəstəkləyən Rusiya silahlı qüvvələrinin Həmadakı və İdlibdəki hərbi bazaları gecə iki dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.

İslaminSesi-nin Lenta.ru-ya istinadla verdiyi məlumata görə, Hava Hücumundan Müdafiə sistemlərinin videosu “Al-Masdar News” tərəfindən yayımlanıb.

 

Nəşrin yazdığına görə, gecə lentə alınan videoda Rusiyanın Suriyaya təhvil verdiyi “Pantsir-C1” raket-top kompleksi (ZRPK) əks olunub. Bildirilir ki, onların köməyilə Suriya qoşunları Həma əyalətindəki aviabazaya zərbələrini dəf edib.

 

Bundan bir neçə saat sonra İdlib əyalətindəki bir aviabazaya da PUA-hücumu baş verib. Rusiya Hava Hücumundan Müdafiə qüvvələri təhlükəsiz məsafədən hədəfi endirməyə müvəffəq olub, nəticədə, heç kim zərər görməyib./xeber.im/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system