NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyalı general “İl-20”-nin vurulmasında İsrailin günahkar olduğunu tam sübut etdi

Oxundu: 141
Rusiyalı general “İl-20”-nin vurulmasında İsrailin günahkar olduğunu tam sübut etdi

Rusiya Müdafiə Nazirliyi “İl-20” təyyarəsinin vurulmasında işğalçı İsrailin günahkar olduğunu sübuta yetirən dəliləri təqdim edib.

 

İslaminSesi “Lenta.ru” ya istinadən xəbər verir ki,  bugünki dəlillərdən sonra,  təyyarənin vurulmasında İsrailin günahının  olması rəsmən təsdiqlənib.

 

Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi, general –mayor İqor Koneşenkov bildirib ki, “İl -20”- nin vurulmasında məsuliyyəti İsrailin Hərbi Hava Qüvvələri daşıyır.

 

Qeyd edək ki, sentyabr ayının 23-də Rusiyanın Müdafiə Nazirliyi dəlilləri ictimailəşdirib.  Yayılan 3d video çarxda  Rusiya təyyarəsinin necə vurulduğu aydın şəkildə görünür. 

 

Həmçinin hadisə baş verən anda sionist İsrailə məxsus “F16” qırıcılarının həmin ərazidə olduğu və Rusiya təyyarəsini Suriyaya məxsus raketlərdən qorunmaq üçün istifadə etdikləri açıq şəkildə sezilir.

 

Qeyd edək ki, “İl-20” sentyabr ayının 18-də vurulub və 15 ekipaj üzvü həlak olub.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system