NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyalı analitik İran İslam İnqilabının Yaxın Şərqə təsirindən danışdı - İlginc açıqlama

Oxundu: 2302
Rusiyalı analitik İran İslam İnqilabının Yaxın Şərqə təsirindən danışdı -  İlginc açıqlama

Rusiya Geosiyasi araşdırmalar Mərkəzinin rəhbəri Leonid İvaşov İran İslam İnqilabının Yaxın Şərqdə baş verən hadisələrə təsirini mühüm adlandırıb.

 

Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdə ekspansionist planlarının dayandırılması və ya pozulması İran islam inqilabının təsirinin nəticəsidir. Bu inqilab son qırx il ərzində bölgənin siyasi coğrafiyasını dəyişdirə bilib.

İslaminSesi-nin Parstoday-a istinadən verdiyi xəbərə görə, o, əlavə edib ki, İran, Ağ Evin hegemon planlarına qarşı çıxdığı üçün ABŞ dəfələrlə fəaliyyətini dəyişməli, yaxud dayandırmalı olub.

İvaşovun sözlərinə görə, bu gün Amerika Yaxın Şərqdə öz planlarını artıq əvvəlki kimi həyata keçirə bilmir. Çünki İran İslam İnqilabı tənlikləri dəyişib və günümüzdə ele bir rol oynayır ki, digər ölkələr buna göz yuma bilmir.

 

Xatırladaq ki, İran İslam Respublikasının qurucusu İmam Xomeyninin(r.ə) gəlişi və eyni zamanda İslam inqilabının 40 illiyi fevral ayının 1-də İranda və dünyanın 80 ölkəsində təntənəli surətdə qeyd olunacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system