NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyadan MÜHÜM QƏRAR - bu QORXUNC silahlar Ermənistana gedəcək

Oxundu: 856
Rusiyadan MÜHÜM QƏRAR - bu QORXUNC silahlar Ermənistana gedəcək

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviabazasına hazırda mövcud olan "MiQ-29" təyyarələrini əvəzləmək üçün "4++" nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcıları yerləşdirəcək.

İslaminSesi-nin verdiyi xəbərə görə, bu haqda TASS agentliyi mənbələrə istinadən bildirir.

 

Məlumata əsasən, Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.

 

“Təyyarələrin yerləşdirilməsi 2020-2021-ci illərdə iki mərhələdə həyata keçiriləcək”, - deyə agentliyin həmsöhbəti bildirib.

 

"Su-30SM" - Rusiyanın “4++” nəslinə aid ağır çoxhədəfli qırıcısıdır, əsasən havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. Qırıcının ekipaj sayı 2 nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir. Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir. Əlavə yanacaq doldurmadan uçuş müddəti 3,5 saatdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system