Rusiyadakı təyyarə qəzası saniyə-saniyə görüntülədi — VİDEO

Oxundu: 102
Rusiyadakı təyyarə qəzası saniyə-saniyə görüntülədi — VİDEO

Rusiyanın Maqadan vilayətində yerə çırpılan təyyarənin sərnişini hadisə anının görüntülərini paylaşıb.

 

İslaminSesi oxu.az-a istinadən xəbər verir ki, kadrlarda hava gəmisinin havaya qalxması, sonra qəfil yüksəkliyi itirməsi görünür, göyərtədən qışqırıq səsləri eşidilir.

 

Xatırladaq ki, AN-2-nin göyərtəsində iki heyət üzvü və 12 sərnişin olub. Təyyarə havaya qalxandan dərhal sonra yerə çırpılmışdı. Hadisə nəticəsində yeddi nəfər yaralanıb.

 

Müstəntiqlər baş verənlərlə bağlı iki əsas versiyanı nəzərdən keçirirlər: təyyarənin texniki nasazlığı və uçuş qaydalarının pozulması.

 

Təyyarənin istismarı və hərəkəti zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system