ÖLKƏ

Oxundu: 58
Rusiyada təyyarə qəzasında ölən biznesmenin meyiti  Azərbaycana gətiriləcək

Rusiyada təyyarə qəzasında ölən biznesmenin meyiti Azərbaycana gətiriləcək

Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək.

"İslaminSesi.info"nın  məlumatına görə, Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanovun doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.  

 

Məlumata görə, 1971-ci il təvəllüdlü N.Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. O, Orsk şəhərində fəaliyyət göstərən tikiş sexinin sahibi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərik işlədirmiş.

 

"Haqqıdı" ləqəbli N.Qəhrəmanov "İsim" ləqəbli qardaşı ilə birgə əvvəllər kiriminal ailəmin üzvü olublar. Lakin sonra N.Qəhrəmanov kiriminal ailəmdən uzaqlaşıb. Qardaşı isə qanunsuz silah gəzdirdiyinə görə mühakimə olunub və hazırda həbsdədir. N.Qəhrəmanovun  ailəsi Yevlax şəhər Adil İsgəndərov küçəsində yaşayır. Onun meyitinin bu gün doğulduğu Yevlax rayonuna gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir. 

 

Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur.report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system