Rusiyada təyyarə qəza enişi edib: 2 ölü , 22 yaralı - VİDEO

Oxundu: 234
Rusiyada təyyarə qəza enişi edib: 2 ölü , 22 yaralı - VİDEO

"An-24" sərnişin təyyarəsi Rusiyanın Buryatiya Respublikasında, Nijneanqarsk hava limanında qəza enişi edib.

İslaminSesi-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Ulan-Ude şəhərinə yollanan laynerin mühərriklərindən biri havada xarab olub. Təcili enişdən sonra təyyarə uçuş-eniş zolağından kənara çıxaraq tikililərin birinə çırpılıb və yanmağa başlayıb.

 

Buryatiya Respublikası başçısının mətbuat katibi Aleksey Fişev bildirib ki, təyyarədə olan 42 böyük və 1 uşaq xilas edilib, lakin 2 pilot həlak olub, 22 nəfər yaralanıb.

 

Xəsarət alan 22 nəfərdən 15-i tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 7 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system