NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 54
Rusiyada qətlə yetirilən çempionun cəsədi Azərbaycana göndəriləcək

Rusiyada qətlə yetirilən çempionun cəsədi Azərbaycana göndəriləcək

Rusiyanın Çelyabinsk vilayətində qətlə yetirilən Ramil Canıyevin cəsədi sentyabrın 14-də Azərbaycana göndəriləcək.

İslaminSesi bildirir ki, bu barədə APA-nın Rusiya müxbirinə Çelyabinskdəki Azərbaycan diasporunun rəhbəri, "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rəfail Quliyev bildirib.

 

Onun sözlərinə görə, mərhumun cəsədi artıq neçə gündür ki, morqdadır: "Sabah burada vida mərasimi keçiriləcək. Bu həftənin dördüncü günü isə Ramilin cəsədi dəfn olunmaq üçün vətənə, Cəlilabad rayonuna göndəriləcək".

 

Diaspor rəhbəri mərhumun Rusiya vətəndaşı olduğunu söyləyib: "Ramil Canıyevin atasıgil çoxdan Çelyabinskdə yaşayırlar. Mərhumun burda çoxlu qohum-əqrəbası var. Əmisi uşaqları da idmançıdırlar. Burda hər zaman Azərbaycanın bayrağını qaldırırlar. Onlar əslən Azərbaycanın Cəlilabad rayonundandırlar. Ramil də idmançı idi. Atasına işlərində kömək edirdi. Hamımız bu hadisədən şokdayıq. Ramilin heç kəslə konflikti yox idi. Onun qətlində şübhəli bilinən Eldəniz Bağırov isə Çelyabinskdə yaşayan deyil. Onu burda heç kəs tanımır, qohum-əqrəbası da yoxdur".

 

R. Quliyev qətldə şübhəli bilinən Eldəniz Bağırovun axtarışa verildiyini söyləyib: "Deyilənə görə, Ramillə Eldənizin arasında hadisədən bir həftə qabaq mübahisə olub. Heç kəs dəqiq deyə bilmir ki, mübahisə nə üstündə düşüb. Heç kəsin ağlına belə gəlmirdi ki, mübahisənin sonu belə olacaq".

 

Diaspor rəhbəri hadisədən sonra "OMON"-un Çelyabinskdəki "Bakinskiy dvorik" restoranına basqın etməsi ilə bağlı Rusiya KİV-də gedən məlumatlara da aydınlıq gətirib: "Ramil ölən günü camaat "Bakinskiy dvorik"də onun yas məclisinə yığılmışdı. Həmin gün də Çelyabinskdə "Şəhər günü" keçirilirdi. Polisə kimsə məlumat verib ki, guya ölən və öldürən tərəflər "Bakinskiy dvorik"də "razborka"ya yığışıb. "OMON" da bunun qarşısını almaqdan restoranda əməliyyat keçirib".

 

R. Quliyev hüquq-mühafizə orqanlarının cinayət işi ilə bağlı araşdırma apardığını bildirib.

 

Qeyd edək ki, sentyabrın 8-də kik-boksinq üzrə dünya kubokunun qalibi, 1992-ci il təvəllüdlü Ramil Caniyev Rusiyanın Çelyabinsk şəhərində Ostrovski küçəsində yerləşən evinin həyətində güllələnibAğır yaralanan Canıyev xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system