NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyada keçiriləcək 2018-ci il Dünya Çempionatında yeniliklər edilib

Rusiyada keçiriləcək 2018-ci il Dünya Çempionatında yeniliklər edilib

2018-ci ilin futbol üzrə dünya çempionatının oyunları zamanı milli komandaların baş məşqçiləri texniki zonada mobil rabitə vasitələrindən istifadə etmək imkanı qazanacaqlar.

İslaminSesi.info-nun verdiyi məlumata görə, bunu FİFA-nın üzvü Aleksey Sorokinə istinadla TASS agentliyi xəbər verib.

 

Yenilik FİFA şurasının Kolumbiyada keçirilən iclasında təsdiq edilib.

 

Sorokinin sözlərinə görə, məşqçi oyun zamanı öz qərargahının analitikləri ilə birbaşa ünsiyyət qurmaq və hansısa operativ məlumat almaq imkanı qazanacaq.

 

Futbol üzrə 2018-ci il Dünya Çempionatı Rusiyanın 11 şəhərində iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

 

Qeyd edək ki, FİFA-nın bundan öncə tətbiq etdiyi yenilik Rusiya 2018 Dünya Çempionatının pley-off oyunlarında təyin olunan əlavə vaxtda dördüncü oyunçu dəyişiliyinə icazə verilməsidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system