NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyada azərbaycanlı “pomidor kralı” həbs edilib

Oxundu: 204
Rusiyada azərbaycanlı “pomidor kralı” həbs edilib

Rusiyanın Moskvaətrafı Mıtiş şəhərində pomidor kralı adlandırılan azərbaycanlı Vahid Novruzov ölkənin Federal Təhqiqatlar Bürosunun Moskva İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində "Бакинский бульвар" restoranında həmyerlilərinin gözünün qarşısında mayın 14-də saxlanılıb

Rusiyanın Moskvaətrafı Mıtiş şəhərində pomidor kralı adlandırılan azərbaycanlı Vahid Novruzov ölkənin Federal Təhqiqatlar Bürosunun Moskva İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində "Бакинский бульвар" restoranında həmyerlilərinin gözünün qarşısında mayın 14-də saxlanılıb.

 

Image result for Бакинский бульвар

 

Bu barədə Rusiyanın "Русская весна" saytına hüquq mühafizə orqanlarındakı mənbələrdən bildirilib. 

 

 

 

Məlumata görə, Vahid Novruzov cinayətkar dairələrdə tanınan "iş adamı"dır və Mıtiş şəhərindəki bütün ticarət nöqtələrini idarə edirdi. Onun avtomobil servisi və kafeyə malik olduğu da bildirilib. Saxlanıldıqdan dərhal sonra onun barəsində rəsmi şəxsə rüşvət vermə maddəsi ilə cinaəyət işi açılıb, özü isə məhkəmə tərəfindən azı iki aylığa həbs edilib. 

 

Sayt bu məlumatları verdikdən sonra yazır ki, Vahid Novruzov şəhərin sabiq rəhbərliyi və polisi ilə oxşar dil apırdı və onun qanunsuz biznesi buna görə "gedirdi", lakin şəhərin rəhbərliyinə yenisi gələndə Novruzov onlarla oxşar dil tapa bilməyib ki, nəticədə onun həbsi ilə nəticələnib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system