Rusiyada azərbaycanlı ailənin yanğında ölən üzvlərinin adları məlum olub
Oxundu: 362
11:18, 13.02.2018
Rusiyanın Orenburq şəhərində baş verən güclü yanğın nəticəsində bir ailədən 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb, onların hamısı azərbaycanlı olub.
"İslaminSesi.info" "Report"-a istinadən məlumat verir ki, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.
Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.
Yanğın binanın 9-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin məlumatlara görə, yanğın təxminən 10 kvadratmetr sahəni əhatə edib.
Yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.
Şəhərin tibb məntəqəsinə 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər. 4 qadın və 8 yaşlı qız uşağı Orenburq şəhər xəstəxanasında ağır vəziyyətdədir.
Sədaqət Quliyevanın bədənin 95%-i yanıb.
Faktla bağlı cinayət işi açılıb.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Şamaxıda zəlzələdən 132 ev kəskin qəzalı vəziyyətə düşüb 14:33, 21.02.2019
-
Sınaq imtahanının nəticələri açıqlanıb 14:21, 21.02.2019
-
Qubada suya düşən ekskavator sürücüsünün meyiti tapıldı - FOTO 13:15, 21.02.2019
-
Sabahın hava proqnozu açıqlanıb 13:05, 21.02.2019
-
Əcnəbi vətəndaşların saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb 12:43, 21.02.2019
-
Masazırda yanğın zamanı dörd polis tüstüdən zəhərlənib 12:10, 21.02.2019
-
Metroda soyğunçulq edən şəxs tutuldu 11:45, 21.02.2019
-
Qəbul imtahanlarının vaxtı niyə dəyişdirildi? - AÇIQLAMA 11:36, 21.02.2019
ŞƏRH YAZIN