Rusiya yeni odsaçan silahı ilə gündəmdə - VİDEO

Oxundu: 73
Rusiya yeni odsaçan silahı ilə gündəmdə - VİDEO

Rusiya ordusu yeni TOS-2 ağır oqnomyot sistemlərini orduya daxil edəcək.

İslaminSesi xəbər verir ki, Moskvanın Qırmızı Meydanında keçiriləcək Qələbə Paradında yeni döyüş maşınlarının nümayiş ediləcəyi gözlənilir.

 

TOS-2 öz sələf sistemlərinin dəyişdirilmiş formasıdır (TOS-1 və TOS-1A). Artıq Rusiyadan kənarda bu hərbi yenilik haqqında danışmağa başlanıb. 2018-ci ildə, hələ silah tam istehsal olunmamış Almaniyanın “Stern” nəşri TOS-2 haqqında məqalə dərc edib. Almanlar Suriyada istifadə edilən TOS-1A “Solnçepek”i həmin yeni silah olaraq zənn ediblər.

 

TOS-2-yə gəlincə, əvvəlcə bu sistemin “Tosoçka” adlandırılması planlaşdırılıb. Onun taktiki və texniki xüsusiyyətləri təkmilləşdirilib. Sistem təkərlər üzərində hərəkət edəcək. Texnikanın səhrada istifadə edilməsi təcrübəsinə əsaslanaraq belə bir qərar verilib./Qaynarinfo/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system