NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya və Suriya hərbçiləri Colan təpələri ətrafında təlim keçirdilər

Oxundu: 226
Rusiya və Suriya hərbçiləri Colan təpələri ətrafında təlim keçirdilər

Colan təpələri yaxınlığında, Suriyanın Əl-Kuneytra əyaləti ərazisində Rusiya hərbi polisinin nümayəndələri və Suriya hərbçiləri birgə təlim keçiriblər.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda təlimləri keçirən, Rusiya Müdafiə Nazirliyinin hərbi polis baş idarəsinin rəisi Vladimir İvanovski bildirib.

 

Onun sözlərinə əsasən, Rusiya Silahlı Qüvvələrinin və hərbi polisin 2018-ci ilin avqustundakı fəaliyyətləri nəticəsində BMT missiyası ilk dəfə Rusiya hərbçiləriylə birgə bu ərazidə patrul fəaliyyətini həyata keçirə bilib.

 

İvanovski qeyd edib ki, Rusiya hərbçiləri demilitarizasiya zonasında atəşkəsə nəzarət edir və vəziyyətin monitorinqini aparırlar.

 

Qeyd edək ki, Suriya Ərəb Respublikası ərazisinin bir hissəsi olan Colan təpələri 1967-ci ildə altıgünlük müharibə zamanı İsrail tərəfindən zəbt edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system