Rusiya və Səudiyyə S400-lərin göndərilməsi barədə müzakirələr aparıb

Oxundu: 116
Rusiya və Səudiyyə S400-lərin göndərilməsi barədə müzakirələr aparıb

Rusiya və Səudiyyə Ərəbistanı S-400 hava hücumundan müdafiə sistemlərinin Krallığa çatdırılması ilə bağlı müzakirələr aparıb.

 

İslaminSesi xəbər verir ki, Sputnik xəbər agentliyi bu barədə Hərbi-texniki Əməkdaşlq Xidmətinin mətbuat mərkəzinə istinadən xəbər verib.

 

Mənbənin məlumatına görə tərəflər S400-lərin nə zaman göndərilməsini müzakirə ediblər.

 

"Hal hazırda tərəfdaşlarımızla bu müqaviləni həyata keçirməyə başlamaq üçün qarşılıqlı qənaətbəxş şərtləri müzakirə edirik" deyə Xidmətdən bildirilib.

 

Qeyd edək ki, 2017-ci ildə Rusiya Səudiyyə ərəbistanı arasında S-400 zenit-raket sistemlərinin tədarükü barədə razılıq əldə edildi. Lakin hələki satış və göndəriş baş tutmayıb.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system