Rusiya və Belarus birləşir - İttifaq dövləti üçün ilk addımlar atılır

Oxundu: 567
Rusiya və Belarus birləşir - İttifaq dövləti üçün ilk addımlar atılır

Belarusun Rusiya Federasiyasındakı səfiri Vladimir Semaşko Rusiya ilə Belarus İttifaq dövlətində birləşmə çərçivəsində vahid parlament və hökumət yaradacağını bildirib. Onun sözlərinə görə iki ölkənin liderləri – Vladimir Putin ilə Aleksandr Lukaşenko bu barədə razılaşıblar.

İslaminSesi xəbər verir ki, məlumatı “Reformation” informasiya agentliyi yayıb.

 

Semaşko bildirib: “Prezidentlərin ortaq fikrinə görə, hədəflər möhtəşəmdir və onlar dəyişilməməlidir. Bu, unifikasiyalaşdırılmış vergi qanunvericiliyinə keçid, vahid neft, qaz və elektrik enerjisi bazarlarının yaradılması, müəyyən səlahiyyətlərə malik vahid parlamentin və hökumətin qurulmasıdır. Məsələ hazırda həll olunmaqdadır”.

 

Semaşko onu da bildirib ki, yol xəritələrinin hazırlanması üçün işçi qrupların cəmi bir həftə möhlətləri var. Bu müddət ərzində fikir ayrılıqlarını minimallaşdırmaq və konsensus tapmaq lazımdır. Bundan sonra isə söz prezidentlərin olacaqdır. O, qazla bağlı müqavilənin ilin sonuna qədər imzalanacağını da istisna etməyib. Vahid bazarların 2021-ci ildə yaradılacağı gözlənilir.

 

Qeyd edək ki, 1999-cu ildə İttifaq dövlətinin yaradılması barəsində Müqavilənin mətnində də ittifaq parlamenti barəsində razılaşma mövcuddur. Həmin müqaviləyə görə, parlament iki palatadan ibarət olacaqdır. İttifaq Palatası federasiyanın və respublikanın Şuralarının deputatlarından formalaşacaq, Nümayəndələr Palatası ilə seçiləcək. Ona Rusiyadan 75, Belarusdan isə 28 millət vəkili daxil olacaq.

 

1999-cu ildə sazişi Lukaşenko və Rusiya Federasiyasının sabiq prezidenti Boris Yeltsin imzalamışdılar. Razılaşmaya əsasən vahid Ali Dövlət Şurası, parlament, Nazirlər Şurası, məhkəmə və Birlik Dövlətinin Hesablama Palatası yaradılmalıdır./Hurriyyet.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system