Rusiya Türkiyəyə öz mülki təyyarələrini almağı təklif edib

Oxundu: 85
Rusiya Türkiyəyə öz mülki təyyarələrini almağı təklif edib

Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası Türkiyə hava yollarına Rusiya istehsalı olan “MS-21” və “Sukhoi SuperJet” mülki təyyarələrini almağı təklif edib.

İslaminSesi “Interfax”a istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Yuri Slyusar bildirib.

 

“Biz “MS-21” və “Superjet 100” təklif etməyə hazır olduğumuz bir sıra hava yolları ilə görüşlər keçirdik. Bundan əlavə, Türkiyə yüksək inkişaf etmiş sənaye ölkəsi kimi əməkdaşlıq layihələrində maraqlı ola bilər”, - deyə Slyusar qeyd edib.

 

Danışıqlar İstanbuldakı “TEKNOFEST” Aviasiya, Kosmik və Texnologiya Festivalı çərçivəsində aparılıb. /APA /

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system