Rusiya Türkiyənin qarşısına elə şərt qoydu ki... - Ərdoğan buna hiddətlənəcək/FOTO

Oxundu: 89
Rusiya Türkiyənin qarşısına elə şərt qoydu ki... - Ərdoğan buna hiddətlənəcək/FOTO

"Beşinci nəsil Su-57 tipli qırıcı təyyarələr Rusiya Silahlı Qüvvələrinin arsenalına yetəri sayda daxil edilənə qədər Türkiyəyə satılmayacaq".

İslaminSesi xəbər verir ki, bunu Rusiya federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) sədri Dmitri Şuqayev deyib.

 

"İnterfaks"a danışan sədr bildirib ki, Türkiyə maraqlanarsa, ona qırıcıların Su-35 variantı təklif edilə bilər. Həmçinin, rəsmi Moskva Türkiyəyə özünün dördüncü və beşinci nəsil təyyarələrinin təkmilləşdirilməsində yardım etməyi planlaşdırır: "Bu tip əməkdaşlıq bütün qırıcı təyyarələr üçün mümkün ola bilər. Amma Rusiya ilə Türkiyə arasında yeni ortaq qırıcı təyyarə istehsalına dair görüşlərin başlandığını söyləmək üçün hələ tezdir".

 

Rusiya prezidenti Vladimir Putin may ayında verdiyi açıqlamada Müdafiə Nazirliyinin orduya 2028-ci ilə qədər 76 ədəd Su-57 təyyarəsi tədarük edəcəyini bildirmişdi.

 

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 avqustda rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə Su-57 qırıcı təyyarələrinə baxış keçirmişdi. Bu səfər Ankaranın F-35 qırıcılarının alternativi kimi dəyərləndirilən təyyarələri ala biləcəyi istiqamətində mesaj kimi şərh olunmuşdu. Çünki ABŞ Türkiyəni istehsalçı qismində iştirak etdiyi F-35 proqramından çıxarıb./Publika.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system