NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya, Türkiyə və İran liderləri bir araya gəlir

Oxundu: 90
Rusiya, Türkiyə və İran liderləri bir araya gəlir

Rusiya, İran və Türkiyə liderlərinin sammiti sentyabrın 16-da Ankarada keçiriləcək.

İslaminSesi Azərtaca istinadla xəbər verir ki, Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşündə Suriya məsələsi müzakirə ediləcək. Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.


Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sentyabrın 11-də üçtərəfli Sammit keçirilməsi planı barədə danışmışdı. Rusiya Prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, görüşdə Suriya münaqişəsinin tənzimlənməsinin bütün aspektləri, o cümlədən humanitar və siyasi məsələlər, habelə yer üzündə vəziyyət müzakirə ediləcək.


Xatırladaq ki, Rusiya, İran və Türkiyə liderlərinin ilk görüşü 2017-ci ildə Soçidə keçirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system