Rusiya Suriyada hərbi gücünü artırır: Beş sualtı və desant gəmisi...

Oxundu: 152
Rusiya Suriyada hərbi gücünü artırır: Beş sualtı və desant gəmisi...

Suriyanın İdlib şəhərində vəziyyətin gərginləşməsi fonunda Rusiya Suriyanın dəniz və hava məkanında öz mövqeyini sürətlə gücləndirir.

"Röyter” xəbər verir ki, mediada yayılan məlumatlara görə, Moskva Suriyaya yalnız iki gəminin göndərildiyini rəsmi olaraq elan etsə də, son altı gündə Ərəb Respublikasının sahillərinə beş böyük sualtı və desant gəmisi göndərilib.

 

Fevralın 28-dən bəri Bəşər Əsəd ordusunun Türkiyə hərbi qüvvələrinin mövqelərinə hücumundan sonra Rusiya Suriyaya hava nəqliyyatı həcmini artırmağa başlayıb.


Bu məlumat Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Moskvada 5 martda gərginliyin müzakirə olunacağı görüş ərəfəsində ortaya çıxıb. Eyni zamanda, media iki ölkə arasında birbaşa hərbi toqquşma ehtimalından getdikcə daha çox narahat olmağa başlayır./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system