Rusiya “SU24”ləri İdlibdə terrorçuların mövqelərini vurdu

Oxundu: 94
Rusiya “SU24”ləri İdlibdə terrorçuların mövqelərini vurdu

Rusiya “SU24”ləri İdlibdə terrorçuların mövqelərini bombalayıb.

  

İslaminSesi RT-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

 

Nazirliyin bildirdiyinə görə Rusiya “SU24” qırıcıları cümə axşamı günü İdlib əyalətində Suriya ordusunun mövqelərinə hücum edən silahlılara məxsus bir tank, 6 zirehli maşın və 5 dörd təkərli nəqliyyat vasitəsini məhv edib.

 

Həmçinin Nazirlik fevralın 20-də terrorçu dəstələrin Qaminaz-Neirab oxuna doğru çox sayda zirehli texnikadan istifadə etməklə Suriya Ərəb Ordusu bölmələrinə bir sıra intensiv hücumlar etdiyini bildirib.

 

Nazirliyin əlavəsinə əsasən Türkiyə toplarının atəşi nəticəsində 4 suriyalı hərbçinin yaralandığı da qeyd edilir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system