NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya silah satışında ikinci yerdədir: 54 milyard dollarlıq sifariş

Oxundu: 151
Rusiya silah satışında ikinci yerdədir: 54 milyard dollarlıq sifariş

Ötən il Rusiya hərbi təyinatlı malların ixracı üzrə planı 2% artıqlaması ilə yerinə yetirib.

İslaminSesi-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq (HTƏ) məsələləri üzrə Komissiyanın iclası zamanı bildirib.

 

Onun sözlərinə əsasən, hazırda HTƏ-nin ixracdan olan gəlirləri 16 milyard dollara yaxınlaşır və ilbəil artmaqdadır.

 

Bütün sifarişlərin dəyəri 54 milyard dollar təşkil edir.

 

Qeyd edək ki, ABŞ və Rusiya dünyada ən çox silah ixrac edən ölkələrdir. İxracın ümumi həcmindən 57%-i bu iki ölkənin payına düşür.

 

Ötən il Rusiyanın hərbi aviasiya satışından əldə etdiyi gəlir 6 milyard dolları ötmüşdü.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system