Rusiya Qüdsdəki Aleksandr meydanını İsraildən aldı – Bir vətəndaşın azadlığı müqabilində

Oxundu: 88
Rusiya Qüdsdəki Aleksandr meydanını İsraildən aldı – Bir vətəndaşın azadlığı müqabilində

İsrailin Rusiyada həbsdə olan bir vətəndaşının azadlığa buraxılmasının qarşılığında Qüdsdəki bir meydanın və üzərindəki tikililərin mülkiyyətini Moskva hakimiyyətinə verdiyi bildirilir.

İslaminSesi-nin məlumatına görə, İsrailin “Maariv” qəzetinin dünənki nəşrində dərc olunmuş xəbərdə 2019-cu ilin axırlarında dərc olunan rəsmi bir sənədin aşkara çıxdığı yazılır. 

 

Sənəddə deyilir: “Rusiyanın Qüdsün Köhnə Şəhər bölgəsində olan Aleksandr Meydanının mülkiyyətini almaq tələbinə İsrail müsbət qarşılıq verib, Moskva iqtidarına verilən meydanın olduğu ərazidki Aleksandr Nevski Kilsəsi və başqa binalar da var”.


Meydanın yerləşdiyi ərazinin 1859-cu ildə Rusiya çarı III Aleksandra satıldığı ifadə edilən xəbərdə Rusiyada 1917-ci ildə baş verən inqilabdan sonra meydanın mülkiyyəti ilə bağlı anlaşılmazlığın baş verdiyi qeyd edilib.

 

Medvedev çoxdan tələb edibmiş

 

Xəbərdə meydanın mülkiyyəti ilə bağlı mübahisənin tərəflərindən birinin yəhudi əsilli bir almanın sədrlik elədiyi Fələstin Rus Pravoslav Assosiasiyasının, digərinin isə Rusiya prezidenti Vladimir Putin və Kremlə yaxınlığı ilə tanınan Fələstin Prusiya Təşkilatının olduğu bildirilir.


Keçmiş Rusiya prezidenti Dmitri Medvedev 2015-ci ildə Aleksandr Meydanı üzərindəki mülkiyyət mübahisəsinin Rusiyanın lehinə həll edilməsi üçün rəsmi tələb irəli sürmüş, lakin İsrail tərəfi bunu qəbul eləməmişdi.


Üzərində narkotik tapıldığı ittihamı ilə Moskvada 7,5 il həbsə məhkum edilən israilli bir qadının azadlığa buraxılmasının qarşılığında Rusiya ilə İsrail arasında razılaşma əldə edilə biləcəyi ehtimalı son dövrdə İsrail mətbuatında müzakirə edilirdi./hurriyyet.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system