NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya müdafiə naziri gəmidəki yanğının SƏBƏBİNİ AÇIQLADI

Oxundu: 189
Rusiya müdafiə naziri gəmidəki yanğının SƏBƏBİNİ AÇIQLADI

Rusiya donanmasına məxsus sualtı gəmidə baş verən yanğının səbəbi açıqlanıb.

 

"İslaminSesi" xarici KİV-ə istinadla bildirir ki, baş vermiş hadisəylə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib. Bildirib ki, hadisənin baş verəməsinə səbəb gəminin akkumulyator hissəsində çıxan yanğın olub. Daha sonra isə yanğın genişlənib.

Müdafiə naziri 14 dənizçinin həyatını itirdiyi qəzanın detallarını Rusiya prezidenti Vladimir Putinə bildirib. O, gəminin təmirinin mümkün olduğunu, lakin bu müddətin nə qədər davam edəcəyinin bilinmədiyini qeyd edib.

Xatırladaq ki, hadisə iyulun 1-i Severamorsk şəhəri sahillərində Rusiyaya məxsus sularda baş verib. Yanğın nəticəsində 14 dənizçi həyatını itirib.Redaktor.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system