Rusiya Müdafiə Komitəsi S-400 sistemlərinin İraqa satıldığını təsdiqlədi

Oxundu: 486
Rusiya Müdafiə Komitəsi S-400 sistemlərinin İraqa satıldığını təsdiqlədi

Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin Rusiya S-400-lərinin İraqa satıldığını təsdiqləyib.

İslaminSesi Pusiya KİV-lərinə istinadən bildirir ki, bu ölkənin Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Alekandr Şerin, Rusiyanın informasiya nəşri olan Federal Xəbər Agentliyinə (FAN) müsahibəsi zamanı S-400-lərin İraqa satılması ilə bağlı aparılan danışıqlar prosesinin intensivləşdiyini təsdiqləyib.

 

“Göründüyü kimi, işğal altında olan İraqda bu üzdən müstəqil hərəkət etmək hüquqlarının olmadığını anlayırlar. Ancaq təsəvvür edə bilmirəm, Amerika onların bütün hesablarını dondursa İraq tərəfi bu silahların pulunu necə və hansı hesabla ödəyəcək. Üstəlik, S-400-lərin Rusiyadan öz ölkələrinə aparılmasını texniki cəhətdən nə qədər təmin edə biləcəkləri də tam aydın deyil”, - deyə Şerin Federal Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib.


Qeyd etmək lazımdır ki, rəsmi Bağdad S-400-ləri almaqla yanaşı, Rusiyanın modernləşdirilmiş S-300 hava hücumundan müdafiə sistemlərini əldə etmək haqda da düşünür. Çünki bu sistemin son modernləşdirilmiş versiyaları da istənilən təyyarə, helikopter və pilotsuz uçuş aparatlarına qarşı mübarizədə çox təsirlidir. Bu sistemlər ballistik raket hücumlarını da müvəffəqiyyətlə dəf edə bilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system