İDMAN

Oxundu: 175
Rusiya millisinin futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb

Rusiya millisinin futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb

İslaminSesi bildirir ki, Rusiya milli komandasının və "Zenit" klubunun futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb.

"Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu Almaniya "Leyptsiq"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda zədələnib.

Kokorinin əməliyyat və müalicə olunmaq üçün İtaliyaya gedəcəyi açıqlanıb.

O, böyük ehtimalla DÇ-2018-də iştirak etməyəcək. Daha əvvəl Rusiyanın "Spartak" klubunun müdafiəçisi Viktor Vasin və MOİK-in futbolçusu Georgi Cikiyanın da zədə səbəbindən mundialdan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Avroliqada 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Leyptsiq”ə 1:2 hesabı ilə məğlub olan "Zenit” doğma meydanda 1:1 hesablı heç-heçə edərək mübarizəni dayandırıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system