NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya, İran və Azərbaycan prezidentləri Soçidə görüşəcək

Oxundu: 212
Rusiya, İran və Azərbaycan prezidentləri Soçidə görüşəcək

Bu ilin avqustunda Soçidə Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda Şimali Qafqaz işləri üzrə nazir Serqey Çebotarev Tehranda keçirilən "İran və Şimali Qafqaz: əməkdaşlığın tarix və perspektivləri" konfransın açılışında bildirib.

 

"Biz bu görüşə ümid edirik və ondan yaxşı nəticələr gözləyirik", - deyə Çebotarev qeyd edib.

 

Onun sözlərinə əsasən, üç ölkənin liderləri, digər məsələlərlə yanaşı, Azərbaycan vasitəsilə Rusiyayla İranı birləşdirən "Şimal – Cənub" nəqliyyat dəhlizinin inkişafını müzakirə edəcəklər ,

 

Xatırladaq ki, "Şimal – Cənub" layihəsi Şimali Avropanı Cənub-Şərqi Asiyayla bir araya gətirməyə., həmçinin Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə hesablanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system