NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 277
Rusiya-İran-Türkiyə XİN başçıları Moskvada yenidən bir araya gəlir

Rusiya-İran-Türkiyə XİN başçıları Moskvada yenidən bir araya gəlir

Suriyada atəşkəs rejiminə zamin ölkələr olan Rusiya, İran və Türkiyənin XİN başçıları aprelin 28-də Moskvada görüçəcəklər.

Sergey Lavrov, Cavad Zərif və Mövlud Çavuşoğlu görüşdə Suriyadakı münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər. Bu barədə TASS xəbər agentliyinə Rusiyanın xarici işlər idarəsindəki mənbə bildirib. 

 

Tərəflərin bir öncəki görüşü martın 16-da Astanada keçirilib. Həmin görüşdən sonra Rusiya XİN rəhbəri Lavrov bəyan edib ki, zamin ölkələr BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya Suriyadakı konstitusion islahatları aparmağa kömək edəcəklər. 

 

Aprelin əvvəlində isə Ankarada Suriya üzrə növbəti görüş Rusiya, Türkiyə və İran preidentlərinin rəbərliyi ilə keçirilib. Həmin görüşün yekunları üzrə üç ölkənin prezidentləri "münaqişənin siyasi həllinə açıq, müstəqil, ədalətli müzakirələrin vasitəsilə nail olunması" üçün yardım edilməsinin vacibliyini vurğulayıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system