DÜNYA

Oxundu: 79
Rusiya iki yeniyetmə bıçaqla məktəblilərə hücum edib - 15 yaralı

Rusiya iki yeniyetmə bıçaqla məktəblilərə hücum edib - 15 yaralı

Bazar ertəsi Rusiyanın Perm şəhərinin №127 məktəbində 15 nəfərin yaralanması ilə nəticələnmiş soyuq silahlı münaqişə baş verib.

15 və 16 yaşlarında iki nəfər məktəbin dəhlizində dava etməyə başlayıb və sonradan artan dava  4-cü sinif şagirdlərinin oxuduğu sinifdə davam edib. İslaminSesi.info xəbər verir ki, bunu "İntarfaks" agentliyinə Perm vilayətinin İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

 

Davakarlardan biri narkotikə qurşandığı və psixi promlemlərinin olduğuna görə daha öncə məktəbdən çıxarılmış köhnə şagird, digəri isə hazırda məktəbdə oxuyan şagird olub. Köhnə şagird təhsil ocağının binasına daxil olmaq üçün nəzarətçiyə orada oxuduğu barədə yalan deyib. Qadın mühafizəçi də onun adını qeydə alaraq içəri buraxıb.    

 

Bu iki yeniyetmə aralarındak mübahisə səbəbindən bıçaqla bir-birinə hücum ediblər. Onlar sinif otağına keçəndə 47 yaşlı müəllimə onları ayırmağa çalışıb. 4-cü sinif şagirdləri də müəllimələrinə kömək etmək istəyiblər. Bu zaman yeniyetmələr onlara da hücum edib. Nəticədə nəfər yaralanıb, onlardan 12-si xəstəxanaya yerləşdirilib. Bir müəllimənin vəziyyəti ağırdır, o çoxlu qan itirib. Dava edənlər də saxlanılıb, onlardan biri xəstəxanaya yerləşdirilib, digəri isə dindirilir.

 

Hadisə barədə ölümə qəsd maddəsi üzrə cinayət işi açılıb. Məktəbin ərazisi polis nəzarətinə götürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system