Rusiya İdlibi bombalamaq üçün Suriyaya strateji bombardmançı göndərdi

Oxundu: 181
Rusiya İdlibi bombalamaq üçün Suriyaya strateji bombardmançı göndərdi

Rusiyanın Suriyaya strateji bombardmançıların göndərdiyi məlum olub.

İslaminSesi xarici "avia.pro" nəşrinə istinadən xəbər verir ki, Rusiya, Türkiyə və Suriya arasındakı qarşıdurma fonunda strateji bombardmançılarını təcili olaraq Ərəb Respublikasına yerləşdirib. 

 

"Məqsəd Türkiyənin dəstəklədiyi yaraqlıların fəaliyyətinə son vermək, dislokasiya yerindəki yüzlərlə tank, zirehli transpartyor və reaktiv sistemlərin məhv edilməsidir" - deyə xəbərdə bildirilir.


"Suriyadakı mənbələr, bu dövlətin ərazilərində Rusiyanın nüvə başlıqlı hipersonik raketlərlə təchiz olunmuş ən qabaqcıl bombardmançısının yerləşdirildiyini elan etdilər" - "Veterans Today" Qərb nəşri xəbər verir.


Bir sıra mənbələr hətta Rusiyanın strateji Tu-160 bombardmançısının da Suriyaya gətiriləcəyini bildirirlər. Lakin mütəxəssislər hava bazasının belə təyyarələri qəbul etməyə hazır olmadığını və buna görə də ehtimal ki, Tu-22 bombardmançılarından bəhs edildiyini söyləyirlər. Hansı ki, həmin bombardmançılar yaraqlı və terrorçular üçün çox ciddi təhlükə yaradır.


“Rusiya tərəfi Ərdoğana, terrorçularla danışıqlar aparmayacağını birbaşa bildirib. Türkiyə terrorçulara kömək edərsə, Rusiya da Suriyaya köməklik göstərəcəkdir. Bəs Rusiya "strateqləri" tərəfindən güclü bir bombardman gözləmək olarmı? Mütləq!” - deyə mütəxəssislər qeyd edirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system