NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya dünyada analoqu olmayan silahlarını nümayiş etdirdi - /VİDEO/

Oxundu: 1904
Rusiya dünyada analoqu olmayan silahlarını nümayiş etdirdi - /VİDEO/

"Avanqard"ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir ki, bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir

Rusiya Müdafiə Nazirliyi "Sarmat" qitələrarası ballistik raketinin yeni buraxılış sınaqlarını həyata keçirib. Sputnik Azərbaycan xəbər verir ki, sınaqların video-görüntüləri qurumun "Facebook" səhifəsində yerləşdirilib.

 

Bir dəqiqədən artıq davam edən videoda raketin daşınması, onun quraşdırılması və buraxılması göstərilir. Daha sonra hərbi qurum raket komponentlərinin istehsalını, həmçinin raket mühərriklərinin yığılmasını nümayiş etdirib.

 

 

 

Rusiya Müdafiə Nazirliyi, həmçinin "Facebook"da hipersəsli silah "Avanqard" raketinin buraxılışını əks etdirən videoda paylaşıb. Bir dəqiqə davam edən görüntülərdə raketin buraxılması əks olunur.

 

Rusiya Müdafiə Nazirliyi, bundan başqa "MiQ —31" qırıcılarından hipersəs sürətli "Kinjal" (Xəncər) aviasiya raketin buraxılmasını əks etdirən video paylaşıb. "NTV" telekanalının saytında yerləşdirilən iki dəqiqəlik videoda Xəncərlə təchiz olunan "MiQ-31" tipli qırıcının hərbi aerodromdan qalxması və raketi buraxması əks olunur.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.

 

Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".

 

Putinin danışdığı digər hipersəsli silahdan biri də perspektivli strateji raket kompleksi olan "Avanqard"dır. Putinin sözlərinə görə, raket uğurla sınaqdan keçirilib və Rusiya sənayesi onun seriya buxarılışlarına başlayıb. Rusiya prezidenti əlavə edib ki, bu raketlər atmosferin sıx qatlarında hipersəsli sürətlə qitələrarası məsafəni qət edə bilər.

 

"Avanqard"ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir ki, bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Putin deyib ki, zərbə bloku hədəfə "meteorit, yanan şar" kimi uçur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system