Rusiya BMT TŞ kürsüsündən ABŞ-ı Suriyanın neftini qaytarmağa ÇAĞIRDI

Oxundu: 79
Rusiya BMT TŞ kürsüsündən ABŞ-ı Suriyanın neftini qaytarmağa ÇAĞIRDI

İslaminSesi xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı ABŞ-ın Suriyanın neft yataqlarını özünə qaytarmalı olduğunu və Vaşinqtonun hərəkətlərinin bu ölkənin vətəndaşlarının “oğurluq” kimi göründüyünü söyləyib.

Dmitri Polyanski deyib: “Suriya dərhal qeyri-qanuni xarici hərbi müdaxilədən azad edilməlidir. Hətta amerikalı həmkarlarımız üçün neft qədər vacib bir resursun əldən çıxması bahasına olsa belə”.

 

Rusiyalı diplomat xatırladıb ki, Suriya nefti ABŞ-a yox, bu ölkənin vətəndaşlarına məxsusdur, suriyalıların gözündə Vaşinqtonun əməlləri “oğurluq və quldurluqdur”.

 

Polyanskinin sözlərinə görə, neft yataqlarının Suriya hakimiyyətinə qaytarılması “bu ölkənin əhalisinə humanitar dəstək üçün səylər baxımından Birləşmiş Ştatlar tərəfindən real töhfə olardı”.

 

Suriya prezidenti Bəşər Əsəd də ABŞ-ın Suriya neftini yağmaladığını bildirib.

 

Suriyanın neft istehsalının 90 faizə qədəri Fərat çayının şərq sahillərinin payına düşür. Bu ilin oktyabr ayında ABŞ prezidenti Donald Tramp Suriyanın şimalındakı ərazilərdə yerləşən Amerika hərbçilərinin oranı tərk edəcəyini bəyan eləsə də, tezliklə bildirdi ki, hərbçilərin bir hissəsi burada qalacaqdır. Trampın sözlərinə görə, ABŞ-ın məqsədi nefti İŞİD terrorçularından qorumaqdır (qəflətən dünya arenasına çıxaraq, silahlı və təşkilatlı şəkildə, güclü və mütəşəkkil fanatik ideoloji təsir altında Suriyanın neftlə zəngin sahələrini ələ keçirən, yerli əhalini qaçqın salaraq, ardından Suriya dövlətinin əlindən aldığı əraziləri YPG/PKK təşkilatından olan həmkarlarına təhvil verən İŞİD terror təşkilatı, həmçinin, bu tamaşadakı neft və geosiyasət amili də, nəhəng terror layihəsinin arxasında hansı qüvvələrin durduğu barəsində maraqlı suallar doğurur – red.). “Çünki əvvəllər bu rayonda neftin istehsalı İŞİD-in əsas gəlir mənbəyi olub”. Amerikalı lider bildirib: “Ola bilsin ki, artıq kürdlərin bu neft regionun keçidinin vaxtı çatıb, çünki onlara pul lazımdır”.

 

Pentaqonun nümayəndəsi Ret Hoffman da bəyan edib ki, Suriya neftindən gələn gəlir amerikalılara yox, məhz kürdlərə gedir.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriya neftindən gələn gəliri öz tərəfdarı olan silahlı qruplaşmaları dəstəkləməyə xərclədiyini bildirib. Lavrov deyib ki, Vaşinqton Fərat çayının şərq sahilindəki əraziləri almağa və orada separatçı dövlət yaratmağa çalışır./Hurriyyet.org/ 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system